Yunanıstanda "Qərbi Nil" qızdırması yayıldı:


Dünya 21 Sen 2018 11:36:00 249 0

Yunanıstanda "Qərbi Nil" qızdırması yayıldı:

Yunanıstanda yayılmış "Qərbi Nil" qızdırması nəticəsində artıq 27 nəfər dünyasını dəyişib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə nəzarət və profilaktikası Milli Mərkəzindən bildiriblər.

Məlumata görə, 183 xəstədə virus nəticəsində mərkəzi əsəb sisteminin pozulması halı müşahidə edilib. Avqustun 23-ə olan məlumata görə, 103 yoluxma halı olub ki, bunun da 11-i ölümlə nəticələnib.