Abe yenidən partiya sədri seçilib


Dünya 21 Sen 2018 08:33:00 266 0

Abe yenidən partiya sədri seçilib

Yaponiyanın Baş naziri Sindzo Abe yenidən Liberal Demokratik Partiyasının sədri seçildi.

Son.az Trend-ə istinadən bildirir ki, partiyanın sədrliyi üçün keçirilən səsvermədə Abe 807 səsin 70%-ni (553 səs) qazanaraq, rəqibi Şigeru Işibanı geridə qoyub.

Abe partiya sədri seçildikdən sonra çıxış edərək: "İndi konstitusiya dəyişikliyi məsələsini müzakirə etmənin zamanıdır. Mübarizə indi başlayır. Gəlin yeni bir Yaponiya üçün birlikdə işləyək" ifadələrini işlətdi.