Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb


Dünya 21 Sen 2018 08:40:00 267 0

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb

Yaponiyada yaşayan əcnəbilərin sayı rekord həddə çatıb. Ədliyyə Nazirliyinin İmmiqrasiya Bürosunun yaydığı məlumata görə, ölkədə yaşayan əcnəbilərin sayı 2 milyon 637 min 251 nəfərdir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu, ölkə əhalisinin təqribən 2 faizinə bərabərdir. Bu, həmin statistikanın aparılmağa başladığı 1959-cu ildən bəri ən böyük rəqəmdir. Ötən il dekabrın sonlarında aparılan son tədqiqatın nəticələri ilə müqayisədə bu, 75 min 403 nəfər çoxdur.