Bond haqqında çəkiləcək filmin yeni rejissorunun adı açıqlanıb


Digərləri 21 Sen 2018 08:24:00 240 0

Bond haqqında çəkiləcək filmin yeni rejissorunun adı açıqlanıb

41 yaşlı rejissor Keri Fukunaqa yeni filmin rejissoru təyin olunub. Son.az Trend-ə istinadən bildirir ki, "Əsl detektiv" serialının və "Ceyn Eyr" filminin rejissoru Fukunaqa bu ilin avqust ayında vəzifəsini tərk etmiş Denni Boylu əvəz edir.

Ceyms Bond haqqında 25-ci film 2019-cu ilin mart ayında başlayacaq. Baş rolda Deniel Kreyqin çəkiləcəyi gözlənilir. Filmin dünya premyerası 14 fevral 2020-ci il tarixində baş tutacaq.