Volkswagen də İrana qarşı çıxdı


Digərləri 20 Sen 2018 23:31:00 224 0

Volkswagen də İrana qarşı çıxdı

Almaniyanın avtomobil nəhəngi "Volkswagen" ABŞ-ın İrana tətbiq etdiyi təktərəfli embarqolar səbəbindən bu ölkədəki fəaliyyətlərinin böyük hissəsini dayandıracaq.

"Bloombergi"in amerikalı bir səlahiyyətliyə əsaslandırdığı xəbərə görə, İrana təktərəfli embarqolar tətbiq edən ABŞ rəhbərliyi alman şirkətini embarqolara qoşulmağa qane etdi.

Son.az TRT-yə istinadən bildirir ki, ABŞ-ın Berlindəki səfiri Richard Qrenel "Volkswagen"i İrana tətbiq edilən embarqolara qoşulmağa qane etmək üçün şirkət səhaliyyətlilərilə uzun müddətdir görüşlər keçirdiklərini bildirərək deyib ki, şirkət İrana tətbiq edilən embarqolara əməl edəcəyini söylədi. Bu qərardan məmnuniyyət duyuruq. İran iqtisadi mənbələrini xalqına vermək əvəzinə qlobal sabitsizlik və zorakılığı yaymaq işlərinə istiqamətləndirir.