Evlilik ildönümünüzdə nələr edə bilərsiniz?


Digərləri 20 Sen 2018 22:05:00 237 0

Evlilik ildönümünüzdə nələr edə bilərsiniz?

Evlilik həyatımızdakı ən unudulmaz anlardan biridir və bunu uzun illər davam etdirə bilmək üçün cavan və ya yaşlı hər bir cütlük kiçik jestlər edərək sevgilərini təzələməlidirlər. Evlilik ildönümü də belə jestlərin edilə biləcəyi xüsusi məqamlardandır.

Xoşbəxt bir evliliyiniz vardırsa, bu xüsusi gündə nələr edilə bilər deyə düşünməyə başlamısınız deməkdir. Əgər evlilik ildönümünüzdə nələr etməyə dair nəsə öyrənmək və ya bildiklərinizi bir az da təkmilləşdirmək istəyirsinizsə, bu yazını diqqətlə oxuyun.

Məktub yazın

Son.az gencaile.az-a istinadən bildirir ki, həyat yoldaşınıza romantik, sevgi dolu bir məktub yazmaq aradan uzun illər keçməsinə baxmayaraq onun da çox xoşuna gələcəkdir. Yazdığınız məktubda birgə keçirdiyiniz vaxtların sizin üçün nə qədər dəyərli olduğundan və bunu daha uzun müddət davam elətdirmək istədiyinizdən bəhs edə bilərsiniz.

Məktub yaza bilmirsinizsə video çəkin

Hamının yazmaq bacarığı olmadığını və hərənin fərqli sahələrdə bacarıqlı olduğunu bilirik. Buna görə də əgər məktub yazmaq fikri xoşunuza gəlmədisə, həyat yoldaşınıza olan hisslərinizi və düşüncələrinizi səsinizi yazmaqla və ya bir video çəkməklə çatdıra bilərsiniz.

Onun xoşuna gələcək hədiyyələr alın