İlyas İsmayılovun oğlu buna görə öldürüldü


Digərləri 20 Sen 2018 21:43:00 281 0

İlyas İsmayılovun oğlu buna görə öldürüldü

Etimad İsmayılovun qətlinin yeni təfərrüatı üzə çıxıb.

Son.az oxu.az-a istinadən bildirir ki, Etimad İsmayılov və Gözəl Dəmirovun arasında şirkət hissələrinə görə gərginlik ortaya çıxdığı məlum olub.

Belə ki, Dəmirov İsmayılovdan şirkətin 2 faiz səhmini 4 milyon dollar qarşılığında ona verməsini istəyib. Ancaq tərəflər arasında razılıq əldə olunmayıb.

Cinayətdən üç saat sonra yaxalanan Dəmirov hadisənin hissələrin satılması üstündə olduğunu deyib. O bildirib ki, aralarında mübahisə davaya çevrilib, bundan sonra İsmayılovun onu vuracağından qorxduğu üçün ona atəş edib.

2005-ci ildən bəri Türkiyədə elektronika məhsulları, təşkilatçılıq və idarəçilik işləri ilə məşğul olan İsmayılovun şifahi razılaşma ilə ona şirkətinin səhmlərinin 2 faizini vəd etdiyi, ancaq sonradan bu fikrindən daşındığı məlum olub.