İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi


Digərləri 20 Sen 2018 21:44:00 277 0

İlyas İsmayılovun qətlə yetirilən oğlu ilə vida mərasimi keçirildi

İstanbulda dünən gecə qətlə yetirilən azərbaycanlı iş adamı Etimad İsmayılovla vida mərasimi təşkil edilib.

Son.az oxu.az-a istinadən bildirir ki, mərasim Florya Yeni Camidə baş tutub.

Mərasimə keçmiş baş nazir Əhməd Davudoğlu, İstanbul Əyalət Polis Şöbəsinin müdiri Mustafa Çalışkan, "Star" qəzetinin rəhbəri Nuh Albayrak, "Habertürk"ün köşə yazarı Nagehan Alçı, İsmayılovun həyat yoldaşı Sevil Nuriyeva, beş yaşlı oğlu İlyas İsmayılov və xeyli vətəndaş qatılıb. Onlar Nuriyevaya başsağlığı veriblər.

Cənazə namazından sonra İsmayılovun nəşi cənazə maşınına qoyularaq, Azərbaycana göndərilmək məqsədilə Atatürk hava limanına aparılıb.

Xatırladaq ki, Etimad İsmayılov İstanbulda öz ofisində güllələnib.