Uşağı maşın vurdu, sürücü davaya çıxdı


Digərləri 20 Sen 2018 21:17:00 392 0

Uşağı maşın vurdu, sürücü davaya çıxdı

Bakıda velosipedlə yolu keçmək istəyən uşağı avtomobil vurub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib.

Hadisənin görüntüləri isə ərazidəki təhlükəsizlik kamerasına düşüb.

Sürücü dərhal avtomobili saxlayaraq daha böyük faciənin qarşısını alıb. Yerə yıxılan uşaq isə dərhal babasına doğru qaçıb.

Ağlamağa başlayan uşağı babası qucaqlayaraq sakitləşdirməyə çalışıb. Bu zaman sürücü maşından düşüb və uşağın səhhəti ilə maraqlanmağa başlayıb. O, uşağın babası ilə söhbət zamanı mübahisə edib. Sözlə başlayan mübahisə sonradan əlbəyaxa davaya çevrilib. Ətrafda olan şahidlər onlara müdaxilə edərək ayırıblar.

Hadisə ilə bağlı məlumat verən Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə, sosial şəbəkələrdə yayılan həmin görüntülər hazırda polis əməkdaşları tərəfindən araşdırılır.