Xaçmaz sakini qeyriadi maşın düzəldib VİDEO


Digərləri 20 Sen 2018 21:06:00 278 0

Xaçmaz sakini qeyriadi maşın düzəldib  VİDEO

Xaçmaz sakini qeyri-adi görünüşə malik avtomobil düzəldib. 7 avtomobilin hissələrindən yığılan nəqliyyat vəsitəsi 1 tondan artıq yük götürür.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, qeyri-adi görünüşə malik avtomobili Xaçmazın Arzu kənd sakini Cəlil Allahyarov düzəldib. İki ay yarıma başa gələn nəqliyyat vasitəsi 7 avtomobilin hissələrindən yığılıb.

Cəlil Allahyarov avtomobili usta işlədiyi sexdə yığıb. Maşının ərsəyə gəlməsinə də 2500 manat pul xərcləyib. Nəqliyyat vasitəsi kənd təsərrüfatı üçün çox əlverişlidir. Bağçılıqla məşğul olan Cəlil usta bu maşından əsasən meyvə daşımaqda istifadə etdiyini deyir.


Xəbərə aid video