Ailənin 10cu övladı doğuldu Uşaqların sayının


Digərləri 20 Sen 2018 21:08:00 292 0

Ailənin 10cu övladı doğuldu  Uşaqların sayının

Bərdədə yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya gəlib. Uşaqların sayının 10-a çatdırılmasının isə çox maraqlı izahı var. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəlib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Bərdənin Yenidaşkənd kəndində yaşayan Qurbanovlar ailəsinin 10-cu övladı dünyaya göz açıb. 14 il evli olan bu ailənin indiyədək 4 qız və 5 oğlan övladı olub.

Onlar azuşaqlı ailələrə nümunə olmaq üçün belə bir addım atdıqlarını deyirlər. Uşaqların sayının 10-a çatdırılması isə doğma Vətənin adındakı hərflərin sayı ilə bağlıdır. Azərbaycan sözündə 10 hərf olduğu üçün, Qurbanovlar ailəsi də uşaqların sayını 10-a çatdırmaq qərarına gəliblər.

Hələlik körpəyə qoyulacaq adla bağlı qərar verməyiblər.


Xəbərə aid video