Xərçəngin yayılmasının ağlagəlməz səbəbi açıqlandı


Digərləri 20 Sen 2018 20:30:00 230 0

Xərçəngin yayılmasının ağlagəlməz səbəbi açıqlandı

Bağırsağın mikroflorası qalın bağırsaqda hər hansı iltihab prosesi olmadan xərçəng şişlərinin yaranmasına səbəb ola bilər.

Son.az Trend-ə istinadən bildirir ki, Münhen Texniki Universitetinin bir qrup mütəxəssisi bu qənaətə gəlib.

Qalın bağırsaq xərçəngindən əziyyət çəkən 541 nəfər üzərində aparılan müşahidələr nəticəsində məlum olub ki, bu xəstəliyin yaranması üçün xroniki iltihabın olması vacib deyil. Bu cür bədxassəli şiş hüceyrələrin strukturlaşdırılmamış zülallara reaksiyasının kifayət qədər olmaması nəticəsində də yarana bilər.