Saray qəsəbəsində yanğın - 1 nəfər xəsarət alıb


Digərləri 20 Sen 2018 18:30:00 192 0

Saray qəsəbəsində yanğın - 1 nəfər xəsarət alıb

Abşeron rayonunun Saray qəsəbəsində sex yanıb.

Bakı. Abşeron rayonunun Saray qəsəbəsində sex yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, ümumi sahəsi 600 kv.m olan tikilinin (sex kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə, içərisində həcmi 5 kub.m olan qırla dolu çəllək və 25 büküm ruberoid yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.