Qanvermə aksiyası başa çatdı


Digərləri 20 Sen 2018 18:24:42 280 0

Qanvermə aksiyası başa çatdı

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası başa çatıb.

Son.az bildirir ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva Trend-ə bildirib ki, aksiyada 5539 nəfər iştirak edib və 2492,6 litr qan toplanıb.

Z.Əlimirzəyeva qeyd edib ki, bu il aksiyada ötən ilkindən çox insan iştirak edib. Onun sözlərinə görə, ötən il təqribən 4 minə yaxın insan iştirak etmişdi.