Arif Qazıyevin adının keçdiyi 325 minlik dələduzluq işi


Digərləri 20 Sen 2018 16:35:00 275 0

Arif Qazıyevin adının keçdiyi 325 minlik dələduzluq işi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Əbdüləzizin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Son.az report-a istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verməkdən imtina edib.

Daha sonra Ə.Əbdüləziz onun ifadəsini öz vəkilinin elan etməsini istəyib. Ə.Əziz deyib ki, səhhətində problem var, növbəti iclasda özü sərbəst ifadə verəcək. Məhkəmədə şahid qismində Ağasəf Quliyev dindirilib. O qeyd edib ki, tikinti müəssisəsinin rəhbəri olub: 

"Zərərçəkmiş İxtiyar Həsənovu 2010-cu ildən tanıyıram. 2013-cü ildə isə onun ofisinə gəlmişdim, qanı qara idi. Soruşanda bir nəfərə 325 min manat pul verdiyini dedi. Sonra Əziz müəllimin evinə getdik. Əziz müəllim 3 ay vaxt istədi. Lakin o, pulu vermədi. Bir də getdik Əziz müəllimin evinə. Həmin vaxt onlar arasında mübahisə düşdü. Əziz müəllimin həyat yoldaşı polisə zəng edəcəyini söylədi. Mən də onları sakitləşdirdim, sonra evdən çıxdıq". A.Quliyev vurğulayıb ki, İ.Həsənovun puluna görə, Ə.Əbdüləzizlə bir neçə dəfə telefon vasitəsi ilə danışıb: 

"Hər dəfə də başqa söz deyirdi".

Ə.Əziz söyləyib ki, cinayət işində olan şahidlər qondarmadı: "Xahiş edirəm ki, mənim vəkilimi təmkinlə dinləyəsiz. Onu dinləyəndən sonra hər şey aydın olacaq".

Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.