43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub


Digərləri 20 Sen 2018 15:14:00 281 0

43 yaşlı kişi şabalıd ağacından yıxılaraq iflic olub

Zaqatala rayonunda bədbəxt hadisə baş verib. 

Son.az report-a istinadən xəbər verir ki, rayonun Car kənd sakini, 1975-ci il təvəllüdlü Rasim Əhməd oğlu Kamalov şabalıd ağacından yıxılıb.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Kamalova 11-ci bel fəqərəsinin qəlpəli yerdəyişən sınığı və aşağı ətrafların iflici diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsinin davam etdirilməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.