120 il yaşayırlar, xərçəng nədir bilmirlər


Dünya 20 Sen 2018 14:35:00 263 0

120 il yaşayırlar, xərçəng nədir bilmirlər

Müsləman olan Hunza türkləri ortalama 110 - 120 il yaşayırlar. 

Son.az xəbər verir ki, aralarında günümüzün bəlasına çevrilən xərçəng olan yoxdur.

Bəs Hunza türklərinin sirri nədir? Hunza türkləri Çin və Əfqanıstan sərhədində - Pakistanın Kəşmir əyaləti yaxınlığında yaşayırlar.

Qurutduqları təzə meyvələrdən yeyir, Hunza vadisindəki dağlardan gələn təmiz havanı udurlar. Olduqca gənc görünürlər və xərçəngə yoluxmurlar.

Onların bu həyatı elm adamlarını onları araşdırmağa səbəb olub. Coğrafi çətinliklər və iqlim dəyişiklikləri səbəbindən Sibir və bugünkü Rusiya ərazisindən Orta Asiya çöllərinə endikləri düşünülən türklər ovçuluqdan köçəri çobançılığa keçid dövrünü yaşayıblar.

Coğrafi şərtlər və iqlim dəyişiklikləri və ya bilinməyən səbəblərə görə, türk qəbilələrinin böyük əksəriyyəti meşə təsərüffatı həyatından çöl həyatına keçiblər.