Sumqayıtda dükan sahibini öldürən satıcının məhkəməsi başladı


Digərləri 20 Sen 2018 13:47:00 191 0

Sumqayıtda dükan sahibini öldürən satıcının məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı sentyabrın 27-nə təyin edilib. İttihama görə, bu ilin may ayında Sumqayıt şəhər ərazisində yerləşən gül mağazasının sahibi Vüqar Quliyev öz mağazasında qətlə yetirilib. Aparılan əməliyyat-istintaq tədbirləri nəticəsində qətldə şübhəli bilinən Vüsal Novruzov saxlanılıb.