Sinif yoldaşını pendirlə öldürdü FOTO


Digərləri 20 Sen 2018 13:02:00 264 0

Sinif yoldaşını pendirlə öldürdü  FOTO

Britaniyanın paytaxtı Londoun qərbindəki Qrinford səmtindəki orta məktəblərdən birinin şagirdi, 13 yaşlı Karanbir Çimanın ölüm səbəbləri araşdırılır.

Son.az The Sun-a istinadən bildirir ki, Çima sinif yoldaşının "zarafat"ı nəticəsində keçinib. Süd məhsulları, buğda, yumurta, qoz və qlyutenə qarşı çox ciddi allergiyası olan Karanbirin bu mərəzindən məktəbdə az qala hamı xəbərdardır.

Müəllimlər və şagirdələr Çimanın allergiya xəstəsi olduğunu dərk edirdilər və bu səbəbdən 13 yaşlı oğlan üçün məktəbin yeməkxanasında da xüsusi menyu hazırlanmışdı.

Çimanın sinif yoldaşlarından biri zarafat etmək fikrinə düşərək oğlanın yaxasını aralayaraq ora pendir tikəsi atıb. Çimanın halı pisləşib, pendirin dəydiyi yerdə dəri qızarıb.


Xəbərə aid fotolar