Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək


Digərləri 20 Sen 2018 13:01:00 248 0

Energetika naziri OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında iştirak edəcək

Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək.

Bakı. Sentyabrın 23-də Əlcəzairdə keçiriləcək OPEC+ nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edəcək. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda neft bazarının inkişaf tendensiyalarına dair məlumatlar, 2018-ci ilin avqust ayı ərzində neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in hesabatı nəzərdən keçiriləcək. Bu ilin iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında neft hasilatının sutkada 1 mln. barrel artırılması ilə bağlı qəbul edilmiş qərara uyğun olaraq kvotaların müəyyənləşdirilməsi məsələsinə baxılacaq.