“Qızılağac” qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb


Digərləri 20 Sen 2018 12:38:00 265 0

“Qızılağac” qoruğunda qanunsuz ov edən şəxs saxlanılıb

Qanunsuz ov edən şəxs cərimələnib.

Bakı. Qanunsuz ov edən şəxs cərimələnib. DİN-dən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən sentyabrın 19-da Lənkəran rayonunda “Qızılağac” qoruğunun ərazisində qanunsuz ov etdiyinə görə Masallı rayon sakini Muxtar Orucov saxlanılıb. Ondan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “Baykal” markalı ov tüfəngi, 13 ədəd patron, 9 ədəd giliz, 1 ədəd kəmər (patron qatarı) və 4 ədəd çöl quşu götürülüb.