1233 nəfər qan verib


Digərləri 20 Sen 2018 12:17:00 214 0

1233 nəfər qan verib

Azərbaycanda Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyası davam edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, saat 10:30-a respublika üzrə 1233 nəfər aksiyalarda iştirak edərək qan verib. İndiyədək 554 litr qan toplanıb.

Qanvermə aksiyası gün ərzində davam etdiriləcək.