"Möhkəm olun, vaxtınızı yaxşı keçirin" Trampdan


Dünya 20 Sen 2018 11:38:00 311 0

"Möhkəm olun, vaxtınızı yaxşı keçirin"  Trampdan

ABŞ prezidenti Donald Tramp "Florens" tropik qasırğasının vurduğu Şimali Karolina və Cənubi Karolina ştatlarına baş çəkib.

Son.az ABC-yə istinadən bildirir ki, Şimali Karolinada ştat rəhbərliyi, nazirlər, xilasedicilər və hərbçilərlə birlikdə Çerri-Poynt dəniz piyadaları bazasında toplantı keçirmiş Tramp qasırğanın fəsadlarının aradan qaldırılması ilə bağlı məsələləri müzakirə edib.

Cənubi Karolina ştatında isə ABŞ prezidenti D.Tramp ştatın qubernatoru ilə birlikdə Horridəki Fövqəladə Hallar Mərkəzində toplantı keçirib.

"Florens" qasırğasının yaratdığı leysan yağışları və daşqınlar nəticəsində 37 nəfər həlak olub.

Şimali Karolina ştatında qasırğadan zərər çəkənlərə xitab edən Tram deyib: "Möhkəm olun, Amerika sizinlədir. Biz həmişə sizinləyik".