Bilik evlərində Xalq Cümhuriyyətinə həsr olunan tədbirlər keçirilib (FOTO)


Digərləri 20 Sen 2018 10:33:04 234 0

Bilik evlərində Xalq Cümhuriyyətinə həsr olunan tədbirlər keçirilib (FOTO)

2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması ilə bağlı ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirləri davam etdirir.

Bakı. 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunması ilə bağlı ölkə başçısının imzaladığı Sərəncama uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu paytaxtda və bölgələrdə silsilə maarifləndirici tədbirləri davam etdirir. Fonddan Trend-ə verilən məlumata görə, “Mədəni maarifləndirmə” proqramı çərçivəsində belə tədbirlərdən biri sentyabrın 18-də Tərtərdə yerləşən Qarabağ Regional Bilik Evində baş tutub. Tədbiri Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov açaraq, Qarabağ bölgəsində mütəmadi olaraq maarifləndirici görüşlər təşkil etdiyinə görə Bilik Fonduna minnətdarlığını bildirib. Fondun aparıcı məsləhətçisi Ramilə Qurbanlı Cümhuriyyət tariximizin təbliği istiqamətində “Mədəni maarifləndirmə” proqramı keçirilən tədbirlərdən danışıb. Tədbirdə ARB “Aranfilm” Yaradıcılıq Mərkəzinin istehsalı olan “Cümhuriyyət tələbələri” sənədli filmi nümayiş etdirilib, Yaradıcılıq Mərkəzinin bədii rəhbəri Tahir Tahiroviçin “Cümhuriyyət tariximiz kadrlarda” mövzusunda mühazirəsi dinlənilib. İştirakçılar filmin yaradıcı heyətinə suallar ünvanlayıb, ətraflı cavablar alıblar.