Səyyar ASAN xidmət Çilov adasında (FOTO)


Digərləri 20 Sen 2018 10:19:00 312 0

Səyyar ASAN xidmət Çilov adasında (FOTO)

20 sentyabr “Neftçilər günü” münasibəti ilə SOCAR və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

Bakı. 20 sentyabr “Neftçilər günü” münasibəti ilə SOCAR və “ASAN xidmət”in birgə təşkilatçılığı ilə tədbir təşkil olunub. Trend-in məlumatına görə, tədbir çərçivəsində Çilov adasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin tabeyində olan qurumlarda çalışan bir qrup neftçiyə və onların ailə üzvlərinə Səyyar ASAN xidmət təqdim edilib. Vətəndaşlar tədbir çərçivəsində şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, eləcə də “Azəriqaz” İB-nin xidmətlərindən yararlanıblar.