Bakıda 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək


Digərləri 20 Sen 2018 09:57:21 241 0

Bakıda 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə 14-16 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Caspian Ecology” 9-cu Ətraf Mühit Sərgisi keçiriləcək. Nazirlikdən Trend-ə verilən məlumata görə, sərginin keçirilməsində məqsəd ətraf mühitin mühafizəsi, ekoloji təmiz qida və ekoloji təhlükəsizliyin təmin olunması sahəsində innovativ texnologiyaları tətbiq edən beynəlxalq və yerli şirkətləri, dövlət və qeyri-hökumət təşkilatlarını bir araya gətirmək və işgüzar görüşlər üçün əlverişli platforma yaratmaqdır. 2009-cu ildən mütəmadi olaraq hər il keçirilən sərginin əhatə dairəsi bu il daha geniş olacaq. Nümayiş olunacaq yeni texnologiyalar tam olaraq ətraf mühitin qorunmasına, sağlamlaşdırılmasına yönəlib. Bir çox istiqamətlər üzrə məhsullar, texnoloji avadanlıqlar göstəriləcək.