Hansı iPhone uzun ömürlüdür?


Digərləri 20 Sen 2018 08:59:00 211 0

Hansı iPhone uzun ömürlüdür?

Mütəxəssislər müəyyənləşdiriblər ki, "Apple" şirkətinin yeni smartfonu əvvəlki populyar modellərlə müqayisədə 1,5 dəfə daha çox avtonom işləyə bilər.   Son.az ICTnews-a istinadən bildirir ki, ekspertlər sınaqlar vaxtı yeni smartfonu "iPhone 8" və "iPhone 8 Plus" ilə  müqayisə ediblər. Bu haqda "PhoneArena" portalı məlumat verir.   Məlumata görə, "iPhone XR" smartfonu yüksək məhsuldarlıqlı rejimdə 16 saat avtonom işləyə bilər. Musiqi dinləmə rejimində sözügedən qurğunun avtonom işləmə müddəti 50 saat davam edə bilər. Bu, "iPhone 8 Plus" ilə müqayisədə 1,5 dəfə yüksək göstəricidir.