Bal qəbul etmək stressin qarşısını alır


Digərləri 20 Sen 2018 07:51:00 243 0

Bal qəbul etmək stressin qarşısını alır

Rumıniyada bal institutunun açıqlamasına görə, insanlar stressin qarşısını almaq üçün balı otaq temperaturunda nizamlı olaraq qəbul etməlidirlər. Çünki isti balı qəbul etmək təhlükəlidir. Balı isti istifadə etdikdə stressi azaltmaq əvəzinə orqanizmimizə əlavə stress qazandırmış oluruq ki, bu da əks təsir göstərir.

Mütəxəssislər bildirdilər ki, balın çox faydaları olduğu üçün ilk əvvəl istifadə edən şəxs onu nə üçün istifadə etdiyinə qərar verməlidir.  Bundan sonra isə həmin problemin qarşısını almaq üçün balı müəyyən qayda ilə qəbul etməlidir.   Mütəxəssislər stressi azaltmaq üçün istifadə edilən balı belə bir qayda ilə istifadə etməyi tövsiyə etdilər. Bir stəkan ilıq suya bal qataraq, onu suda həll etmək lazımdır. Sonra  üzərinə limon sıxıb, qəbul etdikdə stressin qarşısını müvəffəqiyyətlə alacaq. İlıq bal  sinir sistemini nizamlayır və insanı rahatlaşdırır.