Oksana Rəsulova: "Özümü şahzadə kimi hiss edirdim" FOTO


Şou-biznes 19 Sen 2018 23:45:00 517 0

Oksana Rəsulova: "Özümü şahzadə kimi hiss edirdim"  FOTO

Oksana Rəsulova: Gözəllik pula baxmır. Elə ucuz vasitələr var ki, onlarla da istədiyiniz nəticəni əldə edə bilərsiniz 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

"Məşhurların gözəllik sirrləri" rubrikamızın qonağı istedadlı aktrisa, hind mahnılarının peşəkar rəqs ifaçısı Oksana Rəsulovadır. Aktrisa hər zaman medianın və tamaşaçıların diqqət mərkəzində olub. Biz də onun gözəllik sirrlərini öyrənmək üçün suallarımızı ünvanladıq.     - Oksana Rəsulova gözəlliyini nəyə borcludur?   - Özümü gözəl hesab etmirəm. Çünki həyatda məndən də gözəl xanımlar var. Mən ki, gözəl deyiləm... O ki qaldı sualınıza, xarici görünüşümü öncə Allaha, daha sonra valideynlərimə borcluyam. Valideynlərim çox yaraşıqlıdır.    - Gözəl, cazibədar və baxımlı olmağın avantajları nələrdir?   - İnsan simasının gözəl olmasını istəyirsə, ilk növbədə daxilini təmizləməlidir. Daxilində olan paxıllığı, pis niyyətliliyi təmizləsə, bu onun simasına da yansıyacaq. Mənim üçün ilk növbədə xarici görünüş deyil, insanın daxili gözəlliyi önəmlidir. Hər bir qadın özünə baxmalı və baxımlı olmalıdır. Bəzən deyirlər ki, filankəsin imkanı var deyə gözəldir. Mən bu fikirlərlə razı deyiləm. Gözəllik pula baxmır. Elə ucuz vasitələr var ki, onlarla da istədiyiniz nəticəni əldə edə bilərsiniz. Hər kəs öz cibinə görə özünə baxmalıdır.


Xəbərə aid fotolar