"Apple" şirkətinin baş direktoru yeni "iPhone" smartfonlarının baha olmasını əsaslı hesab edir


Digərləri 19 Sen 2018 23:21:00 351 0

"Apple" şirkətinin baş direktoru yeni "iPhone" smartfonlarının baha olmasını əsaslı hesab edir

"Apple" şirkətinin baş direktoru Tim Kuk çərşənbə axşamı ABC telekanalının "Sabahın xeyir, Amerika" verilişində çıxış edərək bildirib ki, bu şirkət tərəfindən buraxılan ən yeni "iPhone" smartfonlarının baha olmasını deməyə əsas yoxdur.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, populyar smartfonların istehsalçısı olan şirkətin rəhbəri deyib: "Biz istəyirik ki, "iPhone" hamı üçün əlyetərli olsun. Kuk bu fikrini onunla izah edib ki, "iPhone" istehsalçılarının çoxu həmin smartfonların dəyərini öz mobil rabitə operatorları vasitəsilə hər ay müəyyən hissə şəklində ödəyirlər. Beləliklə, bahalı aparat daha əlyetərli olur. Kuk deyib: "Adamların əksəriyyəti "iPhone" üçün hər ay təqribən 30 dollar və ya gündə 1 dollar ödəyir".

Ötən həftə "Apple" şirkətinin Kupertino şəhərində (Kaliforniya ştatı) yerləşən qərargahında "iPhone" telefonunun hazırda ən bahalı olan 3 yeni modeli təqdim edilib. "Xs" modelinin qiyməti 999 dollardan, "Xs Max" modelinin qiyməti 1099 dollardan, üçüncü, şirkətin özünün "əlyetərli" adlandırdığı "iPhone XR" modelinin qiyməti isə 749 dollardan başlayır.