Animaloterapiya heyvanlarla aparılan müalicə üsuludur


Digərləri 19 Sen 2018 23:28:00 292 0

Animaloterapiya heyvanlarla aparılan müalicə üsuludur

XXI əsrdə alimlər qədim əcdadlarımızın unudulmuş reseptlərini yada salmağa başlayıblar. İnsanların əhvali-ruhiyyəsinə heyvanların təsiri zaman keçdikcə daha da çox aşkar olunur. Ətrafdakı insanlarla sağlam münasibətlərin olmaması nəticəsində bir çoxlarında depressiya, stress, tənhalıq və müxtəlif problemlərlə özünü büruzə verir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, animaloterapiya (latınca "animal"-"heyvan" sözündən götürülüb)-psixoterapevtik yardım üçün heyvanlardan və onların obrazlarından istifadə edən müalicə növüdür. Bu, ciddi xəstəliklərin qarşısının alınmasının və müalicəsinin sivil elmi üsuludur. Animaloterapiyada heyvan rəmzlərindən-obrazlar, şəkillər, nağıl qəhrəmanları, oyuncaqlar, həmçinin ünsiyyətdə təhlükəli olmayan canlı heyvanlardan istifadə edilir.

Animaloterapiyanın tarixi

Heyvanlarla müalicə hətta mağarada yaşayanlara da məlum idi.

Çox uzaq tarixi olmasına baxmayaraq, animaloterapiyanı çox vaxt qeyri-ənənəvi üsul adlandırırlar. Qədimdə loğmanlar əsəbi pozulanlara soyuq suya girməyi, ayaqyalın yeriməyi və at belində gəzməyi məsləhət görərdilər. Hələ bizim eradan əvvəl V əsrdə Hippokrat təbii aləmin insana təsiri barədə müşahidələrində at sürməyin müalicəvi faydalarını aşkar edib. Qədim yunanlar, təxminən, üç min il əvvəl müxtəlif xəstəliklərin müalicəsində itlərin böyük rol oynaya biləcəyini deyiblər. Misirlilər həmin məqsədlə, əsasən, pişiklərdən istifadə ediblər. Qədim Hindistanda isə quşların nəğməsini dinləmək həkimlər tərəfindən müalicə üsulu kimi məsləhət görülüb. .

Amerikalı uşaq psixiatrı Boris Levinson ilk dəfə 1962-ci ildə keçirdiyi müalicə seanslarında öz itindən istifadə etməklə animaloterapiyanın təməlini qoyub. İndi bütün inkişaf etmiş ölkələrdə həmin üsul qəbul edilir, heyvanların insanlara təsirini öyrənən institutlar yaradılıb. ABŞ, Böyük Britaniya, Kanada, Fransa və Rusiyada fiziki və ya psixi problemləri olanlara animaloterapiya vasitəsilə kömək göstərən təşkilatlar var. Onların hamısı əhliləşdirilmiş heyvanlardan-daha çox it, pişik, dələ və quşlardan müalicə vasitəsi kimi istifadə edirlər. Həkimlər, sosial işçilər, psixoloqlar animaloterapiya proqramlarının iştirakçısı olurlar. Dünya Səhiyyə Təşkilatı tərəfindən canlı varlıqların yanımızda olmasının bizə böyük fayda verdiyi qəbul edilib.

Animaloterapiyanın növləri

Heyvanların müalicəvi əhəmiyyətini dərk etmədən onları ev şəraitində saxlamaq-məqsədsiz, heyvanlardan və ya onların rəmzlərindən məxsusi işlənmiş müalicə proqramı üzrə məqsədyönlü şəkildə istifadə etmək məqsədli aminaloterapiya adlanır. Animaloterapiyanın bu növündə pasiyentin öz heyvanlarından deyil, xüsusi öyrədilmiş heyvanlardan və ya onların obrazlarından və səslərindən istifadə edilir.

Məqsədli animaloterapiya, istifadə olunan heyvanlardan asılı olaraq bir neçə növə bölünür: