İki avtomobil toqquşub, sürücülər xəsarət alıb


Digərləri 19 Sen 2018 22:29:00 237 0

İki avtomobil toqquşub, sürücülər xəsarət alıb

Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Son.az "report"-a istinadən bildirir ki, şəhərin Heydər Əliyev parkının yaxınlığında baş vermiş avtomobil qəzası zamanı hər iki sürücü xəsarət alıb.

Onlardan birinə ambulator yardım göstərilib. Digər sürücü, Gədəbəy rayon sakini, 68 yaşlı Səfdər Bağırov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.