Ağacları doğrayıb belə daşıyır Sürücü "iş başında" yaxalandı VİDEO


Digərləri 19 Sen 2018 21:51:00 311 0

Ağacları doğrayıb belə daşıyır  Sürücü "iş başında" yaxalandı  VİDEO

Yaş odun daşıyan "QAZ-53" markalı yük avtomobili İsmayıllı-Qəbələ avtomobil yolunda saxlanılıb. Çəkiliş apardığımız zaman maşının sürücüsü ozünü təqdim etməkdən imtina edib. Bundan əlavə, o, avtomobilin hansı idarəyə məxsus olduğunu gizlədib, odunu hara aparadığını da deməyib. Üstəlik, sürücüdən sənəd istədikdə üzərində heç bir sənəd olmayıb.

Son.az bildirir ki, sürücü maşındakı ağacların quru odun olduğunu və yükü məktəbə apadığını desə də, görüntülərdə həmin ağacların yaş olduğu aydın görünür. Bu ağacların qeyri-qanuni satışa çıxarılması ehtimal edilir.

Məsələyə aydınlıq gətirmək üçün Şamaxı Regional Meşə İdarəsinin rəhbəri Elçin Salahovla əlaqə saxlamğa çalışsaq da, bu mümkün olmadı.