Güclü tufan bu ölkəni də "vurdu"


Dünya 19 Sen 2018 20:44:00 265 0

Güclü tufan bu ölkəni də "vurdu"

Şotlandiyanın qərbində baş verən güclü tufan nəticəsində bir nəfər həlak olub, 30 mindən çox ev işıqsız qalıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, təbii fəlakət səbəbindən avtobusların, gəmilərin, qatarların hərəkəti dayandırılıb. "Tay Road" körpüsündə küləyin sürəti 164 km/saata çatıb. Bir çox yerlərdə ağaclar qırılaraq avtomobillərin üzərinə düşüb. Dumfrit və Qallovey şəhərlərində fövqəladə vəziyyət elan olunub.

Son.az