Ukraynanın yeni “Ölüm silahı”: Göydən “Oskol” yağacaq –


Dünya 19 Sen 2018 19:40:00 311 0

Ukraynanın yeni “Ölüm silahı”: Göydən “Oskol” yağacaq –

Ukrayna hərbi-sənaye kompleksinin məhsulu olan yeni raketlər təqdim olunub.

Son.az yenicag-a istinadən xəbər verir ki, Ukrayna hərbçiləri yerli istehsal olan "Oskol" RS-80 idarəolunmaz reaktiv raketləri uğurla sınaqdan keçiriblər.

Bu barədə Ukrayna prezidenti Petro Poroşenko özünün "Facebook" səhifəsində məlumat verib. Prezident yayımladığı videomateriala bu qeydləri də əlavə edib:

"Səsdən sürətli olan bu raketlər təyyarələrə, helikopterlərə, o cümlədən yerüstü qurğulara yerləşdirilərək, düşmənin hərbi texnikasını və möhkəmləndirilmiş mövqelərini məhv etməyə qadirdir".