Göyçayda sahibkarlar üçün treninq keçirilib


Digərləri 19 Sen 2018 19:14:00 255 0

Göyçayda sahibkarlar üçün treninq keçirilib

Sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay nümayəndəliyinin təşkilatçılığı ilə Göyçay rayon Kənd Təsərrüfatı İdarəsi ilə birgə Alpoud kəndində sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbir iştirakçılarına bağçılığın inkişafında aqrar elminin nailiyyətlərindən istifadə, nar və xurmanın intensiv üsullarla becərilməsi, innovativ suvarma texnologiyalarının tətbiqi, ixrac bazarları, ixracın stimullaşdırılması tədbirləri və s. barədə ətraflı məlumat verilib.