Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı


Digərləri 19 Sen 2018 19:00:00 257 0

Bakıda vətəndaşlara qarşı dələduzluqda təqsirləndirilən şəxslər azadlığa buraxıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin və Anar Əşrəfovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə, təqsirləndirilən şəxslər barədə 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və məhkəmə iclas zalından azadlığa buraxılıblar.