"Xalq Bank" ani lotereyaya yekun vurub


Digərləri 19 Sen 2018 18:58:00 307 0

"Xalq Bank" ani lotereyaya yekun vurub

“Xalq Bankla Ulduzum hədiyyələr qazandırır” ani lotereyası 15 sentyabr tarixində başa çatıb.

Bakı. "Xalq Bank"ın 2018-ci ilin 15 mart tarixdə başlayan və "Bakcell"in “Ulduzum” loyallıq proqramının dəstəyilə keçirilən “Xalq Bankla Ulduzum hədiyyələr qazandırır” ani lotereyası 15 sentyabr tarixində başa çatıb. Bankdan Trend-ə verilən məlumata görə, qeyd olunan dövr ərzində Xalq Bankın filiallarında bank əməliyyatlarından (təcili pul köçürmələri, kommunal rabitə, internet, TV xidmətlərinin ödənişi, yol hərəkəti qaydalarının pozuntusu ilə əlaqədar tətbiq edilən cərimələrin ödənilməsi, bank hesabları üzrə bəzi əməliyyatlar, depozit seyflərinin icarəsi, ödəniş kartlarının əldə edilməsi, «Xalqbank-online» İnternet Bank xidmətinə qoşulma) istifadə edən hər müştəri Xalq Bank və “Ulduzum”dan müxtəlif hədiyyələr qazanmaq şansı əldə edib. Lotereya müddətində 6000-ə yaxın müştəri pulsuz Bakcell dəqiqələri, Azpetrol yanacaq kuponları, Lamborghini Store Baku və Ferrari Store Baku-dan endirim kuponları və çoxsaylı hədiyyələrə sahib olub.