İraq ordusu İŞİDə qarşı əməliyyat keçirdi


Dünya 19 Sen 2018 18:44:00 281 0

İraq ordusu İŞİDə qarşı əməliyyat keçirdi

İraqın qərbindəki Ənbar əyalətində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

Son.az Trend-ə istinadən bildirir ki, əməliyyat nəticəsində İraq hərbçiləri 15 İŞİD üzvünü məhv edib.

Qeyd olunur ki, hərbçilər Suriya ilə sərhəd bölgəsində yerləşən mağaranı hədəf alıb.