Müdafiə naziri təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb FOTO


Digərləri 19 Sen 2018 18:16:00 282 0

Müdafiə naziri təlimə cəlb olunan hərbi hissələrin və hərbi texnikanın döyüş qabiliyyətini yoxlayıb  FOTO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov təlimlərin keçirildiyi bölgələrdə səhra şəraitində yerləşdirilən hərbi hissələrin şəxsi heyətinin, doyüş texnikasının, aviasiya vasitələrinin, raket və artilleriya qurğularının döyüşə hazırolma və döyüş qabiliyyətini yoxlayıb.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, genişmiqyaslı təlimlərin planına əsasən müharibə şəraitinə uyğun yaradılmış komanda idarəetmə məntəqələri və müxtəlif poliqonlardakı təlim nöqtələrinə baş çəkən müdafiə naziri şəxsi heyətin, silah-sursatın və döyüş texnikasının təlimlərdə iştirakı, eləcə də tapşırıq və sərəncamların dəqiq icra olunması ilə bağlı müvafiq göstərişlər verib.


Xəbərə aid fotolar