15 il diləndi, öləndən sonra milyoner olduğu ortaya çıxdı


Digərləri 19 Sen 2018 17:44:00 244 0

15 il diləndi, öləndən sonra milyoner olduğu ortaya çıxdı

Kömək etmək məqsədi ilə pul verdiyimiz dilənçilərin kiminin həqiqətən ehtiyacı var, kimisi də saxtakarlıq edir. 15 ildir Livanın Beyrut şəhərində kimsəsiz bir avtomobili özünə sığınacaq seçən fiziki qüsurlu 54 yaşlı Fatma Muhammed Osman, bir neçə gün öncə ona kömək edən insanlar tərəfindən ölmüş halda tapılıb.

Son.az xəbər verir ki, polislər illərdir eyni ərazidə dilənçilik edən yaşlı qadının özünə sığınacaq etdiyi maşından təxminən 4 min dollar aşkar ediblər. Yaşlı dilənçinin bank hesablarında da 5,5 milyon dolları olduğu üzə çıxıb. Ehtiyacı olduğunu düşündükləri qadına kömək edən ətraf ərazidə yaşayan sakinlər, avtomobildən çıxan paket-paket pulları görüncə, gözlərinə inanmayıblar.

Təhməz Təkin Son.az


Xəbərə aid fotolar