Xaçmazda göldə 1 nəfər batıb


Digərləri 19 Sen 2018 17:48:00 284 0

Xaçmazda göldə 1 nəfər batıb

Xaçmaz rayonunun Qobuqıraq kəndində göldə 1 nəfər batıb.

Son.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Batan şəxsin kimliyi müəyyənləşib.

Ehtimal edilən 2006-cı il təvəllüdlü Osmanov Hüseyn Elnur oğlunun axtarışları başa çatıb.

H.Osmanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat başa çatıb.​