Daha bir evli qadını məşuqu şantaj edib


Digərləri 19 Sen 2018 16:34:00 218 0

Daha bir evli qadını məşuqu şantaj edib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində internetdə tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul almaqda təqsirləndirilən 1987-ci il təvəllüdlü Aslan Əzizovun məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Azad Məcidovun icraatında olan prosesdə baxış iclası başlayıb. 

Prokuror ittiham aktını elan edib. İttihama görə, A.Əzizov sosial şəbəkədə tanışı olduğu evli qadının ona göndərdiyi intim şəkilləri yayacağı ilə onu şantaj edərək pul alıb. Bir dəfə 4 min dollar alandan sonra tələblərini davam etdirib və qadın polisə şikayət edib. 

Məhkəmədə A.Əzizov özünü təqsirli bildiyini deyib. Daha sonra ailə sirri ilə bağlı proses qapalı keçirilib.