"Mənə itaət etməsəniz, günaha batacaqsız" Adnan Oktar bütün "kedicik"lərlə imam nikahlı imiş


Dünya 19 Sen 2018 16:10:00 368 0

"Mənə itaət etməsəniz, günaha batacaqsız"  Adnan Oktar bütün "kedicik"lərlə imam nikahlı imiş

30 il Adnan Oktarın yanında olan "kediciyi" Ayşe Pars etiraflarına davam edərək təşkilatın qaranlıq və təhlükəli üzündən danışıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, Pars, Oktarın sağ qolu olaraq 30 ildir qruplaşmanın içindəki bütün televiziya və internet yayımlarına tək cavabdeh şəxs idi. Həbsdə olan "kedicik" etirafçı olaraq təşkilatla bağlı bütün bildiklərini istintaqla paylaşdığı zaman türmədən çıxıb.

Pars daha öncə TV yayımları zamanı ona aşiq kimi baxmayan "kediciklər"ə A.Oktar tərəfindən işgəncə verildiyini, işgəncədən sonra ağlayan qızlara da "mənə olan sevgilərindən ağlayırlar" dediyini bildirmişdi. Ən stajlı "kediciyə" görə, Adnan Oktar qrupundakı gənc qızları və kişiləri təşkilata bağlamaq üçün fərqli üsullardan istifadə edirmiş. Pars bahalı hədiyyələr, lüks geyimlər və varlı bir həyat tərzi ilə yanaşı, buradan qaçmamaları üçün qadınların şantaj edildiyini də bildirib.

Pars "Star" telekanalının xəbərlər proqramına bu təşkilat haqqında aşağıdakı etirafları edib: "Yayım zamanı qızların əndazəni aşmış geyimləri olurdu. Bu geyim tərzi heç bir şəkildə dini olaraq qəbul edilə bilməzdi. Burada o geyimlərlə o qədər qadına Adnan Oktarın nələr edə biləcəyini təxmin edə bilərsiniz. Yaşı kiçiklər də daxil olmaq üzrə hamısı eyni ortamda idi. Adnan Oktar hər kəslə imam nikahlı idi, ya da qadınları cariyə olaraq almışdı. Statuslarına görə orada belə bir iyerarxiya vardı. Bütün internet işlərinə, efirə cavabdeh mənəm. Amma bir qorxu fırtınası, qorxu imperatorluğu var. "Bacılar" deyilən daha gənc, yeni gəlmiş olan, təşkilata daha zəif bağlarla bağlı insanlar var. "Bacılar" dediyimiz heyətin üzvlərinə isə daha çox istəklərinin bir an öncə yerinə yetirilməsi, iltifatlar, hədiyyələr, qızıllar verərək, bu cür vasitələrlə yanlarında saxlamağa çalışırlar. Bu, bir üsuldur".


Xəbərə aid foto