Məcburi köçkün özünü çaxır zavodunun həyətində asdı


Digərləri 19 Sen 2018 14:14:00 254 0

Məcburi köçkün özünü çaxır zavodunun həyətində asdı

Daşkəsən rayonunda 51 yaşlı kişi intihar edib.

Son.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Bayan kəndindəki çaxır zavodunun ərazisində qeydə alınıb.

Orada məskunlaşan Kəlbəcərdən olan məcburi köçkün, 1967-ci il təvəllüdlü Kərimov Mübariz Musa oğlu özünü asaraq intihar edib.

İntiharın dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma aparılır.