Bakıda evli qadın onu intim fotolarla şantaj edən ekssevgilisini bağışladı


Digərləri 19 Sen 2018 14:17:00 275 0

Bakıda evli qadın onu intim fotolarla şantaj edən ekssevgilisini bağışladı

Bakı Ağır Cinayətlər Məhkəməsində tanış olduğu qadını intim şəkilləri ilə şantaj edərək pul tələb etməkdə təqsirləndirilən Elvin İsmayılovun  məhkəməsi keçirilib. 

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edərək E. İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Zərərçəkmiş qadın isə onu şantaj edən keçmiş sevgilisinə yüngül cəza verilməsini istəyib:  "Mən əvvəl şikayətçiydim, amma dünən anam yuxuda görüb ki, Elvinin oğlu ondan atasını istəyir. Mənim anam ibadət edən adamdır, ona görə Elvini bağışlayıram. Atamdan da belə görmüşəm ki, hamıya kömək edək. Atam 5 il adamları pulsuz həccə göndərib. Amma mən yaşadıqlarımı da unutmamışam. Hər gün düşünürdüm ki, görüm bu gecə nə yazacaq, nələr deyəcək. Gecə klubuna gedirdim ki, fikrim dağılsın, yaşadıqlarımı unudum. Amma indi fikirləşirəm ki, Elvin heç vaxt yoldaşıma nəsə göstərə, deyə bilməzdi. İndi Elvinin azadlığa çıxması üçün nə xərc lazımdısa, özüm çəkəcəyəm".