Daha bir kəndə təbii qaz verilib (FOTO)


Digərləri 19 Sen 2018 14:02:00 293 0

Daha bir kəndə təbii qaz verilib (FOTO)

Qax rayonunun Meşəbaş kəndinə ilk dəfə təbii qaz verilib

Bakı. Qax rayonunun Meşəbaş kəndinə ilk dəfə təbii qaz verilib. “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, 90 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 7 105 metr müxtəlif diametrli metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.