Rusiya XİN-dən Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına münasibət (ÖZƏL)


Digərləri 19 Sen 2018 13:38:00 229 0

Rusiya XİN-dən Ermənistanın Azərbaycana şərti müharibə elan etməsi qərarına münasibət (ÖZƏL)

Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir.

Bakı. Ləman Zeynalova – Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan həll edilməlidir. Bunu Trend-in Ermənistan parlamentinin “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etməsi qərarının münaqişənin həlli prosesinə təsiri barədə sorğusuna cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən (XİN) bildiriblər. XİN-dən deyiblər: “Biz dəfələrlə vurğulamışıq ki, Dağlıq Qarabağ münaqişəsi güc tətbiq olunmadan, yalnız sülh yolu ilə həll edilməlidir. Bununla əlaqədar olaraq tərəflərin diqqətini 2017-ci ilin oktyabrında Cenevrədə əldə olunmuş razılığa əsaslanan danışıqlar prosesinin fəallaşdırılmasına yönəltməsini daha aktual hesab edirik”. Qeyd edək ki, Ermənistan parlamenti “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin