Səs İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib


Digərləri 19 Sen 2018 12:22:05 230 0

Səs İnformasiya Agentliyinin yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib

Bu gün Səs İnformasiya Agentliyinin (SİA) yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib.

Bakı. Elçin Mehdiyev – Bu gün Səs İnformasiya Agentliyinin (SİA) yaranmasının 10 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, KİV rəhbərləri və digər qonaqlar iştirak ediblər. Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Səs İnformasiya Agentliyinin fəaliyyətinin 10 illiyinə həsr edilmiş qısametrajlı film nümayiş etdirilib. Tədbiri giriş nitqi ilə açan SİA-nın baş direktoru Bəhruz Quliyev tədbirdə iştirak edən hər kəsə təşəkkürünü bildirib. Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib ki, "Səs" qəzeti Azərbaycanın müstəqilliyinin ilk çətin illərində ərsəyə gəlib: “O zaman qəzet çıxarmaq çox çətin məsələ idi. Xüsusən bu qəzetdə ulu öndər Heydər Əliyevin hüqüqlarının müdafiəsi olduqca çətin idi. Həmin dövrdə 3 dəfə "Səs" qəzetini bağlayıblar, iki dəfə hücum ediblər. "Səs" qəzetini blokadaya almışdılar. Lakin "Səs" qəzeti bütün bu çətinliklərin öhdəsindən layiqincə gəldi və sevindirici haldır ki, bu gün "Səs" qəzeti inkişaf etməklə yanaşı, iki yeni media orqanı - Səs İnformasiya Agentliyi və SƏS TV-ni yarada bildi".