İkimərtəbəli avtobus supermarketə girdi:


Dünya 19 Sen 2018 11:11:00 243 0

İkimərtəbəli avtobus supermarketə girdi:

2 nəfərin ölümü ilə nəticələnən avtobus qəzasının görüntüləri yayılıb.

Son.az Metro-ya istinadla xəbər verir ki, 3 il əvvəl İngiltərənin Koventri şəhəridə ikimərtəbəli avtobus supermarketə girib.

Nəticədə iki nəfər ölüb. Ölənlərdən biri 7 yaşlı uşaq, digəri isə 76 yaşlı kişidir.

Qəzaya görə 80 yaşlı sürücü saxlanılıb. Ötən gün Kailaş Çander adlı kişinin məhkəməsi keçirilib. Onun 3 sutkadan artıq dayanmadan sükan arxasında olduğu aşkarlanıb.


Xəbərə aid fotolar